İdman paltarları və aksesuarları istehsalçısı olan məşhur Italian brendi “Legea” “Rəvan” futbol klubu ilə əməkdaşlığını daha üç il davam etdirəcək. İki tərəfli imzalanmış saziş əsasında “Legea” şirkəti “Rəvan” klubunu yaxın üç il ərzində idman paltarı və aksesuarları ilə təmin edərək, sponsor kimi çıxış edəcək. Əvəzində “Rəvan” klubu “Legea” brendini sponsoru kimi təqdim edəcək və şirkətin məhsullarını təmsil edəcək.