7 dekabr 1992-ci ildə yaradılan "Ruzu" SKB Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Səhmdar Kommersiya Bankı kimi 25 saylı sənədlə qeydiyyatdan keçmiş və 30 dekabr 1992-ci il tarixindən 112 saylı lisenziyaya əsasən müvafiq bank əməliyyatlarını həyata keçirmişdir.
17 yanvar 2002-ci il tarixindən adında dəyişiklik edilərək "NBCBank" KB kimi bank sektorunda fəaliyyəti davam etdirilmişdir.
2005 - ci ilin mart ayından isə Qanunvericiliyin tələbinə uyğun olaraq təşkilatı-hüquqi formasında dəyişiklik edilərək Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. "NBCBank" - ın xidmət şəbəkəsi filiallar, bankomatlar, şöbələr və pos-terminallardan ibarətdir. Bakıda NBC Bankın 7 filialı fəaliyyət göstərir - Mərkəz, 1 saylı, Sahil, Səbail, Yasamal, Gənclik, Əhmədli və regionlarda 4 - Sumqayıt, Gəncə, Şəki və Lənkəran. Bununla bərabər 2 valyutadəyişmə məntəqəsi, 15 bankomat və 51 pos-terminal var. "NBCBank” ASC-nin Bakı şəhərində 5, Sumqayıt şəhərində isə 1 bankomatı, 8-i filiallarda qalanları isə müxtəlif ünvanlarda fəaliyyət göstərməklə 44 POS-terminalı vardır. "NBCBank" ASC - EBRD (Avropa Yenidənqurma və İnkişaf Bankı), İFC, AİB (Asiya İnkişaf Bankı), İCD (İslam İnkişaf Korporasiyası), DWM (Amerika), Societe Generale, Oikokredit (Hollandiya), USAİD, BankWorld, HVB Bank, Raiffeisen Bank, Avstriya Creditanstalt Bank, Aizkraukles Bank, VTB Bank, Akbank kimi müxtəlif aparıcı xarici bank və Maliyyə institutları ilə əməkdaşlıq edir.
2009 - cu ildə "BankWorld" - dan USAİD (Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf agentliyi) vasitəsi ilə Texniki yardımlar alınmışdır. "NBCBank" ASC-nin təsisçi şirkəti "Nurgün Qrup" MMM-dir. Bizimlə əlaqə qurmaq üçün aşağıda göstərilən məlumatlardan istifadə edə bilərsiniz. Azərbaycan Respubilkası AZ1033, Bakı ş. Şahin Mustafayev küç. 27/121