Cümə, 10:22, 28 Mart 2014
Aze | Eng
Yeni transferlərimizdən hansını daha çox bəyənirsiz?

Julio Sezar
 
15.63%
Mitya Moreç
 
6.64%
Boyan Markoviç
 
6.25%
Tyaqo Mirasema
 
12.5%
Oke Akpoveta
 
58.98%



Oyunçu KlubuQ
Reynaldo
Qarabağ
15
Vaqif Cavadov
İnter
12
Daniel Subotiç
Qəbələ
11
Etame Mbilla
Xəzər Lənkəran
8
Rauf Əliyev
Bakı
8
Draqan Çeran
Simurq
8
 



Website counter

Azərbaycan futbolu haqqında

Azərbaycanda futbolun təşəkkülü XX əsrin əvvəllərinə təsadüf edir. İlk Azərbaycan futbol klubları 1905 – ci ildə yaranmışdı.Onların böyük hissəsi Bakıda fəaliyyət göstərən neft kompaniyalarını təmsil edirdilər.
1911 – ci ildən etibarən Azərbaycanda professional futbol klubları fəaliyyət göstərməyə başladılar. Həmin il Azərbaycanda futbolun yaranma tarixi hesab olunur. Bir müddət sonra Azərbaycanın milli yığma komandası yarandı.Millimizin ilk çıxış etdiyi turnir Gürcüstanda keçirilən Trans – Qafqaz çempionatı oldu.Burada Azərbaycan yığma komandası ilk görüşünü ev sahibi Gürcüstan komandasına qarşı keçirtdi və tərəflər 1:1 hesabı ilə bərabərə qaldılar. XX əsrin 60 – cı illərində Azərbaycan futbolu qızıl dövrünə qədəm qoydu.Bu illər ərzində futbol məktəblərimiz nəinki Sovet məkanında hətta dünya miqyasında tanınan onlarla futbolçu, futbol mütəxəssisi, hakimlər yetişdirdi. Bunlara misal olaraq biz Anatoliy Banişevskini,Ələkbər Məmmədovun, Tofiq Bəhramovun adlarını çəkə bilərik.
Tofiq Bəhramovun 1966 – cı ildə İngiltərədə keçirilən 8 – ci dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar Uembley stadionunna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinə qızıl hərflərlə yazılmışdı.
Azərbaycan 1991 – ci ildə müstəqillik qazandıqdan 1 il sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yarandı.Həmin dövrdə milli yığma komandamızın ilk baş məşqçisi Ələkbər Məmmədov oldu.
Azərbaycan hazırda FİFA – nın reytinq sıralamasında 118 – ci pillədə qərarlaşıb. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsdur. Azərbaycan yığma komandası ən böyükhesablı qələbəsini 05.06.2026 tarixdə Lixteynşteyn yığması üzərində qazanıb - 4:0. Ən böyükhesablı məğlubiyyət isə 05.09.2026 tarixdə Fransa yığma komandasına qarşı oyunda qeydə alınıb – 0:10.
Azərbaycanın futbol çempionatı Peşəkar Futbol Liqası (PFL) tərəfindən nizamlanır. Futbol üzrə Azərbaycan çempionatı 1991-ci ildən keçirilməyə başlanılıb. Həmin dövrdə Azərbaycanın bir çox əyalət klubları birincilikdə təmsil olunsa da sonradan müxtəlif çətinliklərə görə onların bir çoxu fəaliyyətlərini dayandırıb. Bundan başqa bir mövsüm, yəni 2001/02 mövsümündə çempionat klubların iştirakını dayandırması səbəbindən tam başa çatmayıb və təsadüfi deyil ki, həmin mövsümün çempionu da hələ indiyəcən müəyyənləşməyib. Növbəti mövsümdə isə çempionat ümumiyyətlə, keçirilməyib. İndiyə qədər ən çox çempion olan komandalar «Neftçi» (8 dəfə) və «Kəpəz» (3 dəfə) klublarıdır. Bundan başqa "Bakı”, "Şəmkir” və "İnter” hərəyə 2 dəfə bu sevinci yaşayıb. "Qarabağ”, "Turan” və "Xəzər Lənkəran” klubları isə 1 dəfə çempion olub.

2011-ci ildə Azərbaycan futbolunun 100 illiyi yüksək səviyyədə qeyd olundu və futbolsevərlərin bayramına çevrildi.



1
Qarabağ
27
58
2
Neftçi
27
48
3
İnter
27
45
4
Bakı
27
45
5
Qəbələ
27
44
6
Simurq
27
39
7
Xəzər Lənkəran
27
34
8
AZAL
27
26
9
Rəvan
27
17
10
Sumqayıt
27
13
Sumqayıt - AZAL
28.03.2026
Bakı - Simurq
29.03.2026
Neftçi - Xəzər Lənkəran
29.03.2026
Qarabağ - Qəbələ
30.03.2026
İnter - Rəvan
30.03.2026

"Rəvan" - "Neftçi" (VİDEOİCMAL)







~120x240 Beyaz Sud