Cümə, 10:00, 28 Mart 2014
Aze | Eng
Yeni transferlərimizdən hansını daha çox bəyənirsiz?

Julio Sezar
 
15.63%
Mitya Moreç
 
6.64%
Boyan Markoviç
 
6.25%
Tyaqo Mirasema
 
12.5%
Oke Akpoveta
 
58.98%



Oyunçu KlubuQ
Reynaldo
Qarabağ
15
Vaqif Cavadov
İnter
12
Daniel Subotiç
Qəbələ
11
Etame Mbilla
Xəzər Lənkəran
8
Rauf Əliyev
Bakı
8
Draqan Çeran
Simurq
8
 



Website counter

AZƏRBAYCAN HAQQINDA

Ümumi məlumat
Azərbaycan Avrasiya materikində, cənubi – qafqaz regionunda yerləşən müstəqil ölkədir. Şimaldan Rusiya Federasiyası, Şərqdən Xəzər dənizi, Şimal – qərbdən Gürcüstan, qərbdən Ermənistan, Cənubdan İranla həmsərhəddir.

  • Sahəsi: 86.600 kv.km
  • Əhalisi: 9.165 min nəfər
  • Paytaxtı: Bakı şəhəridir.
  • Dövlət quruluşu: Respublika
  • Dövlət dili:Azərbaycan dili

Ölkəmiz 38 və 42 dərəcə şimal uzunluq , 44 və 51 dərəcə şərq en dairələri arasında yerləşir.
Azərbaycanın quru sərhədlərinin uzunluğu 2.648 km-ə su sərhədlərinin uzunluğu isə 800 km-ə çatır. Azərbaycanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə 500 km qədər uzanır.
Xəzər dənizi şərqdən, Böyük Qafqaz dağları şimaldan Azərbaycana təbii sərhəd yaradır. Respublika ərazisində ən hündür nöqtə Bazardüzü ( 4,466 m) hesab olunur.
Ölkə ərazisində 7 iqlim tipinin mövcud olması buranın torpağının məhsuldarlığını, flora və faunasının zənginliyini təmin edir. Havanın illik orta temperatur göstəricisi Yanvar ayında: +1.7 dərəcə İyul ayında: +27.9 dərəcədir. İllik yağıntının orta göstərici 500 mm dir.

Azərbaycan qədim tarixə malik ölkədir. Azərbaycan sözü qədim mənbələrdə "odlar yurdu” olaraq adlandırılır. Burada insanlar ilk dəfə olaraq 1.5 mln il əvvəl yaşamışlar.Azərbaycan ərazisində ilk dövlət qurumları b.e. 3000 il əvvəl mövcud olmuşdur.

Şərqdə ilk demokratik dövlət 28 May 2026 – ci ildə Azərbaycanda yaranmışdır. 1920 – ci ildə Sovet İmperiyasının tərkibinə qatılan Azərbaycan II Dünya Müharibəsi ərzində cəbhəyə 681.000 nəfər əsgər göndərmişdir. 250.000 nəfər həlak olmuş və bunlardan 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı və müxtəlif tip orden və medallara layiq görülmüşlər.XX əsrdə 2 – ci dəfə öz müstəqilliyini 1991 – ci ildə qazanmışdır. Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası

qısa müddət ərzində dünya dövlətləri ilə diplomatik, iqtisadi əlaqələr qurmuşdur.Azərbaycan dünyanın 158 ölkəsi ilə diplomatik münasibətlər yaratmış və 38 beynəlxalq təşkilata üzv olmuşdur.Avropa şurasına üzv olan Azərbaycan həmçinin NATO – nun sülh naminə tərəfdaşlıq proqramının ən fəal üzvlərindəndir.Azərbaycan sülhməramlı qüvvələri İraq və Əfqanıstanda keçirilən antiterror əməliyyatlarında aktiv iştirak etmişdirlər.
Azərbaycan faydalı qazıntılarla zəngin bir ölkədir.Dünya ölkələri içərisində Azərbaycan neft və qaz ehtiyatlarına görə ən zənginlərdəndir. Azərbaycan neft kəşfiyyatı və işlənməsi üçün dünyanın ən əhəmiyyətli guşələrindən biri hesab olunur.1994 – cü ildə Azərbaycan Dövlət Neft Şirkəti və dünyanın aparıcı neft kompaniyaları "Amoco”, "BP”, "ExxonMobil”, "Lukoil” və "Statoil” daxil olmaqla 13 neft şirkəti arasında imzalanan və əsrin müqaviləsi adı verilən kontrakt əsasında Azərbaycan nefti dünya bazarına çıxarılmış və hal - hazırda ölkə iqtisadiyyatının ən gəlirli sahələrindən birinə çevrilmişdir.Ölkədə "ağ qızıl” adlandırılan pambıq XIX əsrdən bu günümüzə qədər Respublikamızı bütün dünyada tanıtmışdır.Ölkə ərazisində həmçinin zəngin qızıl, gümüş, dəmir, mis, titan, xrom, manqan, kobalt, molibden, kompleks filiz və sürmə və s. yataqları mövcuddur.

Azərbaycan zəngin və eyni zamanda qədim mədəniyyətə və incəsənətə malik bir ölkədir.Azərbaycanın milli musiqisi olan Aşıq sənəti və "Muğam” dünya musiqi inciləri sırasında yer almaqdadır. 2003 – cü ildə Azərbaycan milli musiqisi "Muğam” UNESKO tərəfindən "Bəşəriyyətin şah əsəri” olaraq qiymətləndirilmişdir. Dünyada ilk müsəlman opera müəllifi olan Azərbaycanlı dahi bəstəkar Üzeyir Hacıbəyovun yazdığı "Leyli və Məcnun” operası ilə muğam – opera janrının əsasını qoymuşdur.

Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2005 - ci ildə verdiyi fərman əsasında Azərbaycanda Beynəlxalq Muğam Mərkəzi yaradılmışdır. Mərkəz yüksək səviyyəli festivalların, muğam konsertlərinin və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur.
Ölkəmizdəki qədim musiqi ənənələri müasir dövrdə də davam etdirilir.
Azərbaycan musiqi ifaçıları beynəlxalq müsabiqələrdə bir sıra mükafatlara layiq görülmüşdür.Almaniyada təkil olunan 2011 "Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın ifa etdikləri duet dünyanın 43 ölkəsi arasında birinci yerə layiq görülmüşdür.

Azərbaycanın zəngin təbiəti və mulayim iqlimi və qədim tarixi abidələri burada turizm biznesinin inkişafına zəmin yaradır.Məhz bunun nəticəsidir ki, son illər ərzində Azərbaycanın paytaxtı Bakı şəhərində və onun müxtəlif regionlarında ( Abşeron, Naxçıvan, Quba – Xaçmaz, Lənkəran Astara) yay və qış turizm bazaları yaradılmışdır və bunun nəticəsidir ki, hər il Azərbaycan minlərlə turisti qəbul etmək iqtidarındadır.

Azərbaycan idmanı və idmançıları ilə bütün dünyada tanınmaqdadır. Burada ağır atletika, yüngül atletika, stolüstü oyunlar, döyüş növləri və.s idman önləri ilə yanaşı dünyada ən populyar idman növü sayılan futbol da inkişafdadır.XX – ci əsrin 60 – cı illərində Azərbaycan futbol məktəblərinin yetişdirdiyi Anatoliy Banişevski,Tofiq Bəhramov,Ələkbər Məmmədov, kimi mütəxəssislər Azərbaycanı bütün dünyada tanıtmışlar.
Azərbaycanda uşaq futbolunun inkişafına xüsüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, 2009 – cı ildə AFFA- nın nəzdində fəaliyyət göstərən Azərbaycan Futbol Akademiyası yaradılmışdır.Akademiyanın rəsmi açılışında UEFA prezidenti Şenez Erzik iştirak etmişdir.

Ölkənin ali futbol qurumu Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 1992 – ci yaradılmışdır.Azərbaycan milli yığma komandası FİFA – nın reytinq cədvəlində 118-ci pillədədir.





1
Qarabağ
27
58
2
Neftçi
27
48
3
İnter
27
45
4
Bakı
27
45
5
Qəbələ
27
44
6
Simurq
27
39
7
Xəzər Lənkəran
27
34
8
AZAL
27
26
9
Rəvan
27
17
10
Sumqayıt
27
13
Sumqayıt - AZAL
28.03.2026
Bakı - Simurq
29.03.2026
Neftçi - Xəzər Lənkəran
29.03.2026
Qarabağ - Qəbələ
30.03.2026
İnter - Rəvan
30.03.2026

"Rəvan" - "Neftçi" (VİDEOİCMAL)







~120x240 Beyaz Sud