Rəvan FK 2007-ci ildə yaranmışdır. 2011-ci ilin may ayında komandamız 1-ci diviziondan birbaşa Azərbaycan Premyer Liqasına vəsiqə qazanmışdır. "Rəvan" 2011/12 mövsümündə Premyer Liqada debüt edərək yekunda 8-ci yeri tutub. 2012/13 mövsümündə də Premyer Liqanı 8-ci pillədə başa vurmuşuq. Ən böyük uğur isə Azərbaycan 1-ci divizionunda gümüş medalların əldə olunmasıdır (2011).