| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |
Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən "Rəvan” – "Sumqayıt” oyunundan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə ənənəvi mətbuat konfransı keçirilib.
Şahin Diniyev, "Rəvan”ın baş məşqçisi
Son 4 görüşü nəzərə alanada, ən pisini oynadıq. Sanki komandanın gücü tükənmişdi. Buna görə də futbolçular meydanda ağır hərəkət edirdilər, ləng tərpənirdilər. Oyunumuzda təravətlilik yox idi. Nə komanda, nə də fərdi şəkildə kiminsə oyunu alındı. Buna görə də futbolçular geri oturdu. Biz 1 xal qazandıq, iki xal itirmədik. Rəhbərliklə qış fasiləsində komandanın gücləndirilməsi haqda söhbətimiz olub. Təxminən 7 futbolçu heyətə cəlb olunacaq. Əgər yeni mövsümün komandasını yığmaq istəyiriksə, bu işə dekabrdan başlamalıyıq. Mövqelərdə olan boşluqları doldurmaq lazımdır. Sapelanın səhvini çox da qabartmaq lazım deyil. Mən ona inanıram. Qışda sırf onu əvəzləmək yox, rəqabəti artırmaq üçün oyunçu alınacaq. Məncə, Ceyhun Cavadov bu gün son 4 görüşə nəzərən ən pis oyununu keçirdi. Gəncdir, böyük potensialı var. Amma bu gün istədiyimi ala bilmədim ondan. Bununla belə, onun gələcəyini parlaq görürəm. Sadəcə, öz üzərində dayanmadan işləməlidir. Yalnız bu gün onun çıxışından razı qalmadım. Təkcə onun yox, bütün orta xətdəki futbolçuların çıxışı məni qətiyyən qane etmədi. Hücumlara keçməkdə çətinlik çəkirdik. Buna görə də oyunumuz alınmadı.
Aqil Məmmədov, "Sumqayıt”ın baş məşqçisi
Oyun çox maraqlı keçdi. Nəticədən də, oyundan da razıyam. Düşünürəm ki, iki xal itirdik. Komandaya oyuna görə təşəkkür edirəm. Premyer Liqamızda məğlubedilməz komanda yoxdur. Aqşin Muxtaroğlu müdfiəyə meylli oyunçu olduğu üçün onu bu gün oyuna buraxmadım. Kərim Diniyevin heyətə düşməməsi isə atası ilə əlaqədar deyil. Seçimim belə oldu.