| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |

"Rəvan” Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Bakı” ilə üz-üzə gəldi. "Bayıl Arena”da keçirilən oyunda komandaların cəhdlərinə baxmayaraq, hesab açılmadı. Bununla da "aslanlar”ımız Şahin Diniyevin rəhbərliyi altında ilk xalını qazandı.
Oyun "Rəvan”ın hücumları ilə başladı. Artıq 57-ci saniyədə Rəşad Abdullayevin cinah asmasından sonra Xuan Manuel Varea fərqlənə bilərdi. Amma onun baş zərbəsini rəqib qapıçı çətinliklə dəf etdi. 3-cü dəqiqədə isə Ramazan Abbasovun ötürməsindən sonra zərbə mövqeyinə çıxan Kristian Torresin aşırma zərbəsini yenə son anda qapıçı zərərləşdirdi. Startı əla gətirən komandamız ilk hissədə rəqiblə başa-baş mübarizə apardı. Düzdür, topa sahibolma baxımından "Bakı”nın üstünlüyü var idi, amma qapımız qarşısında heç bir təhlükəli vəziyyətdən söhbət gedə bilməzdi. Yalnız bir dəfə - 24-cü dəqiqədə Rauf Əliyevin yaxın məsafədən vuruşunu Lukaş Sapela ustalıqla dəf etdi. Bunun cavabında Kristian Torresin uzaqdan zərbəsi komandamız adına həmlə oldu.
Fasilədən sonra oyunun tempi bir qədər aşağı düşdü. Buna görə də real qol vəziyyətləri, demək olar, yaranmadı. Qonaqlardan Mindauqas Kalonas, Lukas Horvat, Aleksandr Şoliçin zərbələri təhlükəli alınsa da, qeyri-dəqiq oldu. Raufun cəhdlərini isə Sapela heçə endirdi. Komandamız isə əsasən əks-hücumlara üstünlük verirdi. Vareanın zərbəsi üstdən keçdisə, Rəşad Abdullayevin cərimə zərbəsindən vuruşunu qapıçı tutdu. Oyunun əsas vaxtının sonuna 2 dəqiqə qalmış isə matçda ən təhlükəli qol epizodu yaşandı. Amma təəssüf ki, Rəşadın vuruşundan sonra top dirəyə dəyib qapıçının qucağına düşdü…
Beləliklə, "Rəvan” yeni baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında ilk, ümumilikdə çempionatda isə 7-ci xalını qazandı.
Rəvan – Bakı 0:0
Rəvan: 1. Lukaş Sapela, 38. İvan Pexa, 5. Aqil Nəbiyev, 30. Cəmşid Məhərrəmov, 21. Novruz Məmmədov (k), 40. Mişel Balokoq, 6. Ceyhun Cavadov, 27. Rəşad Abdullayev(8. Frederik Holster, dəq.90+4), 17. Ramazan Abbasov(19. Hüseyn Axundov, dəq.83), 23. Kristian Torres(9. Elnur Abdulov, dəq.90), 14. Xuan Manuel Varea.
Bakı: 25. Elxan Əhmədov, 4. Pedro Mario Alvarez, 17. Risto Ristoviç, 3. Yure Travner, 12. Araujo Santos, 6. Vadim Abdullayev, 23. Lukas Mario Horvat (19. Marius Pena, dəq.79), 7. Əfran İsmayılov (10. Aleksandar Soliç, dəq.68), 20. Mindauqas Kalonas, 21. Elvin Məmmədov (8. Cavid Hüseynov, dəq.73), 11. Rauf Əliyev(k).
Sarı vərəqələr: İvan Pexa, 35 (qeyri-idman hərəkəti); Aqil Nəbiyev, 45 (qeyri-idman hərəkəti); Mişel Balokoq, 60 (bilərəkdən əl ilə oyun); Ramazan Abbasov, 67 (oyunun bərpasını gecikdirdiyinə görə); Lukaş Sapela, 82 (oyunun bərpasını gecikdirdiyinə görə) // Lukas Mario Horvat, 55 (qeyri-idman hərəkəti).
Baş hakim: Fariz Yusifov.
Baş hakimin köməkçiləri: Mübariz Haşımov,Azər Əsgərov.
Dördüncü hakim: Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
25 oktyabr 2013. Saat 18:00. "Bayıl Arena” stadionu. 300 tamaşaçı.