| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |

Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində baş tutan "Rəvan” – "Xəzər Lənkəran" oyunundan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə ənənəvi mətbuat konfarnsı keçirilib.
Vladislav Qədirov, "Rəvan”ın baş məşqçisi
Oyun gərgin idman mübarizəsində keçdi. Çünki hazırda çempionatımızda zəif komanda yoxdur. "Xəzər Lənkəran”ın güclü hücum xəttinin olduğunu bilirdik. Futbolçular verdiyim tapşırıqları yerinə yetirdilər, taktiki cəhətdən səliqəli oynadılar. Sona yaxın qələbə qolunu vursaydıq, daha yaxşı olardı. Rəqib komandanın da qol imkanları oldu. Ancaq futbolun gözəlliyi də bundadır ki, qol imkanları çox olsun, baxımlı oyun olsun. Komandama meydanda göstərdiyi mübarizliyə görə təşəkkür edirəm. Xüsusən də İvan Pexa ilk yarıda zədələnməsinə baxmayaraq, sona kimi meydanda mübarizə apardı. Rəqibə də uğurlar arzu edirəm. Onlarla daha 3 dəfə də görüşəcəyik. Təbii ki, bu oyundan müəyyən nəticələr çıxaracağıq.
Con Toşak, "Xəzər Lənkəran”ın baş məşqçisi
35 ildi futboldayam, 7 ayrı ölkədə çalışmışam. Bugünkü oyun kimisini görməmişəm. O qədər qol imkanı yaratdıq ki, say-hesabını itirdim. Bir oyunda bu qədər qol vəziyyəti yaradasan, amma bundan istifadə edə bilməyəsən... Bu, möcüzədi. Yaratdığımız qol epizodlar lap çox oldu. Özüm də dəhşətə gəlirəm. Komandadan yeganə narazılığım qol epizodlarından bəhrələnə bilməməyidir. Bizdə belə bir deyim var: atı su içməyə aparırsan, əgər su içmirsə, sən nə edə bilərsən? Mən indi meydana çıxıb qol vurmayacam ki?.. Mən artıq futbolçu karyeramı bitirmişəm.