| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |

"Rəvan” Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Qarabağ”ı qəbul etdi. "Bayıl” stadionunda keçirilən oyunda komandamız qələbəyə çox yaxın olsa da, sona 2 dəqiqə qalmış buraxılan qola görə 2 xal itirdi.
Komandamız ilk yarıda rəqiblə bərabər səviyyədə mübarizə apardı. Erkən qol cəhdləri bəhrəsiz olsa da, 20-ci dəqiqədə "Rəvan” hesabı açdı. Xuan Manuel Vareanın ötürməsindən sonra Sebastyan Kastro-Telyo fərqləndi. Qapıçı ilə təkbətək çıxan Seba topu onun ayaqları arasından qapıya göndərdi. Bundan sonra "Qarabağ” təşəbbüsə yiyələnsə də, müdafiədə diqqətli oynayırdıq. Bir neçə epizodda isə qapıçımız Lukaş Sapela möhtəşəm seyvlər etdi. Amma çox təəssüf ki, "Sumqayıt”la oyundan fərqli olaraq, bu dəfə qələbə hesabını qoruya bilmədik. 88-ci dəqiqədə müdafiədəki ani diqqətsizlik qapımızdan buraxılan qolla nəticələndi. Leroy Corcun zərbəsindən sonra Çumbinyoya dəyən top tora daxil oldu.
Beləliklə, gərgin idman mübarizəsi şəraitində keçən oyun 1:1 hesablı heç-heçə ilə başa çatdı. Maraqlıdır ki, Premyer Liqada "Qarabağ”la ilk dövrədə keçirdiyimiz hər 3 oyun "sülh”lə başa çatıb.
Rəvan – Qarabağ 1:1 (1:0)
Rəvan: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 9. Elnur Abdulov (27. Rəşad Abdullayev, dəq.90+1), 10. Sebastyan Kastro-Telyo, (11. Kamil Nurəhmədov, dəq.82), 14. Xuan Manuel Varea, 19. Hüseyn Axundov, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov (k), 30. Cəmşid Məhərrəmov, 38. İvan Pexa, 40. Mişel Balokoq (6. Ceyhun Cavadov, dəq.76).
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 16. Corc Leroy, 17. Vüqar Nadirov (88. Ulrix Kapolonqo, dəq.66), 18. İlqar Qurbanov (5. Maksim Medvedev, dəq.81), 20. Riçard Almeyda (11. Nikolas Gelaşvili, dəq.72), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Marinaldo da Silva.
Qollar: Sebastyan Kastro-Telyo, 20 (1:0). Corc Leroy, 88 (1:1).
Sarı vərəqələr: Xuan Manuel Varea, 45 (sistematik qayda pozuntusu); Ceyhun Cavadov, 90+6 (qeyri-idman hərəkəti) // Bədavi Hüseynov, 50 (qeyri-idman hərəkəti).
Hakimlər: Səbayel Qurbanova, Azər Əsgərov, Mübariz Haşımov, Ömər Paşayev, Əliyar Ağayev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.
13 sentyabr 2013. Saat 18:00. "Bayıl Arena” stadionu. 300 tamaşaçı.