| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |
Topaz Premyer Liqasında iştirak edən komandaların əvəzedici heyətləri arasında keçirilən çempionatda 4-cü tur çərçivəsində "Rəvan” "İnter” ilə qarşılaşdı. "Bayıl stadionu”nda keçirilən görüşdə komandamız 3:2 hesabı ilə qələbə qazandı. Anar Vəliyevin çalışdırdığı komandamızda qolları Qəlbinur Ağayev, Ayaz Mehdiyev və Rüfət Cəlilov vurdu. Oyunun lap əvvəlində qol buraxmağımıza baxmayaraq, əzmkar qələbə qazanmaqla cari mövsüm ilk zəfərimizi əldə etdik.