| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |

Topaz Premyer Liqasının 3-cü turunda keçirilən "Bakı” – "Rəvan” oyunundan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə ənənəvi mətbuat konfransı keçirilib.
Vladislav Qədirov, "Rəvan”ın baş məşqçisi
Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Öz oyunumuza gəlincə, danışmağa belə çətinlik çəkirəm. Çünki ilk dəfədir belə məğlubiyyətlə üzləşirəm. Etiraf edim ki, belə oyun gözləmirdim. Qapıçımız 5 qol braxsa da, yaxşı oynadı. Ondan başqa hamı cox aşağı səviyyədə çıxış etdi. Aparıcı oyunçumuz Miloş Adamoviç cəzalı olduğundan bugünkü oyunda iştirak edə bilmədi. Amma bu o demək deyil ki, qalan futbolçular belə oynamalı idi. İlk dəqiqələrdən erkən qollar buraxmağımız vəziyyəti qəlizləşdirdi. Ağır məğlubiyyət aldıq. Komandanı gücləndirmək lazımdır. Amma vaxt azdır. Öz üzərimizdə hələ işləməliyik.
Milinko Pantiç, "Bakı”nın baş məşqçisi
İlk dəqiqələrdən sonadək komandalar mübarizə apardı. Qələbəyə görə futbolçularıma təşəkkür edirəm. İsti havada oynamaq çətin idi. Son iki məğlubiyyətdən sonra üzərimizdə təzyiq var idi. Qələbə qazanmağımız məni sevindirir. Qələbələrimizin ardını gətirəcəyimizə inanıram.