| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |
Topaz Premyer Liqasının ilk turu çərçivəsində "Rəvan” "Simurq” ilə görüşdü. Qəbələdə baş tutan oyunun ilk yarısında komandamızın üzvü Tofiq Mikayılov zədələnərək meydanı vaxtından əvvəl tərk etdi. Artıq görüşü 28-ci dəqiqədə başa vuran "22” nömrəmizin zədəsinin ciddiliyinə aydınlıq gəlib. Təəssüf ki, Tofiq dizindəki problemə görə bu il bir daha meydana çıxa bilməyəcək. MRT müayinəsindən sonra onun xaçvari bağlarının sıradan çıxdığı aşkarlanıb. 6 aylıq müalicəyə ehtiyac duyan Mikayılov bu səbəbdən 2013-cü ildə bir də yaşıl meydana ayaq basa bilməyəcək.