
"Rəvan” futbol klubunun əvəzedicilərdən ibarət komandası bu gün çempionat çərçivəsində növbəti oyununu keçirdi. 29-cu tur çərçivəsində komandamız Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sumqayıt”ın qonağı oldu.
Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma meydana bərabər səviyyəli 2 komandanın çıxdığını göstərdi. Hər iki tərəf hesabı açmaq üçün bir neçə real qol şansına malik olsa da, gah qapıçılar, gah da qeyri-dəqiqlik azarkeşlərin qol görməsinə imkan vermədi. Beləliklə, Sumqayıtdan qol səsi çıxmadı və komandalar hərəyə 1 xalı hesabına yazdı. Başqa sözlə, tərəflər həm də ikinci "altılığ”ın lideri olmaq şansını qaçırdı. İndi "Rəvan”ın hesabında 34 xal var və "aslanlar” 7-ci sıradakı "Kəpəz”dən cəmi 2 xal geri qalır.