| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |
"Rəvan” futbol klubunun üzvü Samuel Barlayın təmsil etdiyi Syerra Leonenin əsas millisindən dəvət aldığını xəbər vermişdik. Artıq mütəmadi olaraq yığma komandaya cəlb olunan yarımmüdafiəçi növbəti oyuna çıxıb.
Belə ki, Barlay 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə turniri çərçivəsində Syerra Leone milli komandasının Tunislə görüşündə iştirak edib. İsveçlı baş məşqçi Lars-Olof Mattsson komandamızın üzvünə 90 dəqiqə boyunca güvənib. Samuel isə komandasının meydandakı ən fəal üzvlərindən biri, bəlkə də birincisi olub.
Oyuna gəlincə, Radesdə baş tutan qarşılaşmada Tunis 2:1 hesabı ilə qalib gələrək dünya çempionatının final mərhələsinə doğru daha bir addım atıb. İndi 3 turdan sonra Tunis milli komandasının hesabında 9 xal var. Syerra Leone və Ekvatorial Qvineye yığmaları isə 4 xalla 2-3-cü yerləri bölüşür. Onu da qeyd edək ki, Barlayın komandası seçmə turnirdə növbəti oyununu iyunun 7-də keçirəcək: təxminən iki ay yarımdan sonra Syerra Leone evdə məhz Tunis millsini qonaq edəcək.