| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |
Mindauqas Kalonasın Litva yığmasına çağrılmasından sonra "Rəvan” futbol klubunun daha bir üzvü çıxış etdiyi millidən dəvət alıb. Komandamızın "18” nömrəsi Samuel Barlay Syerra Leone yığma komandasında oynayacaq.
2010-cu ildən Azərbaycanda legioner həyatı yaşayan 26 yaşlı yarımmüdafiəçi isveçli baş məşqçi Lars-Olof Mattssonun daim diqqət mərkəzində saxladığı futbolçulardandır. Bu səbəbdən onun növbəti dəfə millisinə dəvət almasında təəccüblü heç nə yoxdur.
Qeyd edək ki, Syerra Leone milli komandası martın 23-də 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə turniri çərçivəsində səfərdə Tunis yığma komandası ilə qarşılaşacaq. Məhz bu 2 komandanın B qrupunda DÇ-nin final mərhələsinə vəsiqə verən 1-ci yer uğrunda vuruşduqlarını da bildirək. Hələ ki 2 turdan sonra Tunisin hesabında 6, Syerra Leonenin aktivində isə 4 xal var.