| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |
"Rəvan” futbol klubu Topaz Premyer Liqasının XXII turu çərçivəsində "Bakı” ilə üz-üzə gələcək. Artıq "Bakı”nın təlim-məşq bazasının stadionunda keçiriləcək oyuna təyinatlar da tam açıqlanıb.Belə ki, matçı Fariz Yusifov idarə edəcək. Ona Azər Əsgərov və Ramiz Əsədov yardım edəcək. Ehtiyat hakim funksiyasını isə Sərxan İsmayılov icra edəcək. Vaqif Davudov oyunun AFFA nümayəndəsi olacaqsa, Nüvər Xasıyev hakim-inspektor vəzifəsini yerinə yetirəcək.
Sabah saat 15:00-da başlayacaq və "İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı yayımlanacaq oyunda əsas söz sahibi olacaq Fariz Yusifov cari mövsüm 3-cü dəfə komandamızın görüşünə təyinat alıb. O, buna qədər 1 dəfə qələbimizi (Sumqayıt – 1:0), 1 dəfə də məğlubiyyətimizi (Qəbələ - 1:3) rəsmiləşdirib.
Ümumilikdə isə Yusifov "Rəvan”ın 7 Premyer Liqa oyununda baş hakim olub. Belə ki, o, ötən mövsüm düz 5 matçımızda fit çalmışdı və bu göstəricidə Rauf Cabbarov ilə şərikli lider idi. Hər halda 2011/12 mövsümündə onun idarə etdiyi 5 matçın yalnız birində, o da sonuncusunda qələbə qazanmışdıq – "Kəpəz” 5:1. Digər 4 oyunda isə Yusifov 3 məğlubiyyətimizi və 1 heç-heçəmizi rəsmiləşdirmişdi. Bu 2 mövsümü cəmləsək, o zaman Yusifovun idarəçiliyi ilə keçən 7 çempionat matçından cəmi ikisində qələbə əldə etdiyimiz aydınlaşar. Bu zəfərlərdən birini evdə, o birisini isə səfərdə əldə etmişik. Məğlubiyyətlərin isə 3-ü səfər oyununa təsadüf edir.