| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |

"Kəpəz” – "Rəvan” oyunundan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə mətbuat konfransı keçirildi.
Ramil Əliyev, "Rəvan”ın baş məşqçisi:
Turnir cədvəlinə görə iki autsayder qarşılaşsa da, bu gün maraqlı qarşılaşma oldu. Çox sevinirəm ki, komandam bu gün 90 dəqiqə ərzində həm topa, həm də oyuna nəzarət etdi. Bu hesabda da öz əksini tapdı. Futbolçuları və klub rəhbərliyini təbrik edirəm. "Kəpəz” komandasına da növbəti oyunlarda uğurlar arzulayıram. Fikrimcə, "Kəpəz” mübariz, mobil, yaxşı komandadır. Sadəcə, təcrübəsizlik öz sözünü dedi. Amma yenə də növbəti turlarda Mahmud müəllimin komandanı bu vəziyyətdən çıxaracağını inanıram. Nuranı əvəzləməyimiz cəzalı duruma düşməsi ilə bağlı idi. Artıq bu matçdan "Qarabağ”la oyuna hazırlaşmaq istədik. Təəssüf ki, Nurlanla bərabər, Barlay da həmin oyunda forma geyə bilməyəcək. O da cəzalı duruma düşdü. Amma bu futboldu. Ümidvaram ki, ehtiyat qüvvə onların yerini doldura biləcək.
Mahmud Qurbanov, "Kəpəz”in baş məşqçisi:
Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bü gün həqiqətən bizdən güclü idilər və qol vəziyyətləri də çox oldu. Bu oyun göstərdi ki, hələ üzərində işləməli olduğumuz çox şey var. Oyuna hazırlıq tam fərqli olmuşdu, amma meydanda bunu göstərə bilmədik. Futbolçularda belə desək, təravət çatışmırdı. Bəlkə də yorğun idilər, bilmirəm. Amma oyuna, dediyim kimi, fərqli hazırlaşmışdıq. Hücum futboluna üstünlük vermək istəyirdik. Əfsuslar olsun ki, cinahlarımız bu gün bərbad oynadı. Yeni gələnlərə ümidim böyük idi: həm Fəridə, həm Cəmşidə, həm Asaniyə... Yox, komanda formada deyil. Futbolu futbolçular oynayır, onların xarakteri olmalıdır. Xaraktersiz futbolçularla heç nə qazanmaq olmaz. Komanda ağır vəziyyətdədir, turnir cədvəlinin zirzəmisindədir. Çalışacam ki, klub rəhbərliyi ilə görüşüb istefa barəsində danışım. Çünki uduzmaq heç kimi qane eləmir, eləcə də məni. Uğursuzluqlara görə həmişə baş məşqçi günahkar olur. "Rəvan”a növbəti oyunlarda da uğurlar arzulayıram.