| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |

Sabah "Dalğa Arena”da üz-üzə gələcək "Rəvan”la "Kəpəz”in oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Komandamızın qonaq qismində çıxış edəcəyi görüşdə ədaləti Orxan Məmmədovun başçılıq etdiyi hakimlər briqadası qoruyacaq. Ona Elman Musayev və Cavanşir Yusifov yardım edəcək. Ehtiyat hakim funksiyasını isə Fariz Yusifov icra edəcək. Matçın hakim-inspektoru Akif Məmmədov olacaqsa, Ramiz Mustafayev AFFA nümayəndəsi qismində fəaliyyət göstərəcək.
Maraqlıdır ki, bu, cari mövsüm Orxan Məmmədovun komandamızla yollarının kəsişdiyi ilk haldır. O indiyədək bizim oyunda fit çalmamışdı. Maraq üçün cari mövsüm "Rəvan”ın çempionat oyunlarında 8 hakimin iş başında olduğunu bildirək. Bunlar Vüsal Əliyev (2 oyun), Elçin Məmmədov (2), Rəhim Həsənov (3), Rauf Cabbarov (4), Anar Salmanov (2), Fariz Yusifov (2), Əliyar Ağayev (2) və Elvin Əsgərovdur (2). Başqa sözlə, Orxan Məmmədov 9-cu olacaq.