Rəvan 2 - 0 AZAL (Əvəzedici heyətlər)
Topaz Premyer Liqasının 13-cü tur çərçivəsində "Rəvan” FK-nun əvəzedici komandası, 18.11.2012-ci il tarixində, AZAL-ın əvəzedici komandasını qəbul etmişdir. Bayıl stadionunda keçirilən matçda əvəzedici heyətimiz 2:0 hesablı inamlı qələbə qazanmışdır. Komandamızın qollarını 6-cı dəqiqədə Rüfət Cəlilov, 56-cı dəqiqədə isə Ceyhun Abdullayev vurmuşdur. Bugün əsas heyətlər arasında keçirilən matçda komandamıza uğurlar arzulayırıq!