| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |
Avropa çempionatının əsas favoritlərindən olan Almaniya yenə qələbə qazanıb. İlk iki turda Portuqaliya və Hollandiyanı yenən almanlar bu dəfə Danimarkanı məğlub edib. Almaniyanın qollarına Lukas Podolski və Lars Bender fərqlənib. Danimarkanın qoluna isə Mixael Kron-Dehli imza atıb.
"Ölüm qrupu”nun digər oyununda isə Portuqaliya və Hollandiya qarşılaşıb. Avropa çempionatının startından əvvəl kuboku qazanmağa əsas namizədlərdən hesab olunan Hollandiyanın fiaskosu rəsmiləşib. İlk iki turda Almaniya və Danimarkaya yenilən "narıncılar” bu dəfə Portuqaliyaya boyun əyib – 1:2. Portuqaliyanın qollarına ilk iki turda qol vura bilməyən "Real”ın ulduzu Kriştiano Ronaldo vurub. Hollandiyanın heyətində isə Rafael van der Vaart fərlənib.

