| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |
UEFA AVRO-2012-nin iştirakçılarından ikisini cəzalandırıb. Qitə futbol qurumunun Nizam-İntizam Komitəsi Almaniya Futbol İttifaqı (AFİ) və Portuqaliya Futbol Federasiyasını yığmalarının iyunun 9-da Lvovdakı matçında baş verənlərə görə diskvalifikasiya edib. Almanlar azarkeşlərinin yol verilməz hərəkətinə - meydana kənar əşyalar atdığına görə 10 min avro cərimə ödəyəcək. Portuqaliyalılar isə yığmanın 2-ci hissədə gec çıxdığına görə 5 min avro xərcə düşüb. Qurum həmçinin AFİ-yə qarşı iş qaldırıb. Bu da Bundestimin iyunun 13-də Hollandiya yığması ilə Xarkovda keçirilən matçdakı insidentlə bağlıdır. Almaniyalı azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməyi və meydançaya fişənglərin atmağına hüquqi qiymət verəcək. Buna iyunun 18-də baxılacaq.

