| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |
Sayca 14-cü Avropa çempionatı davam edir. Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin beşinci oyun günündə də iki qarşılaşma baş tutacaq.A qrupu çərçivəsində ilk oyununda məğlub olmuş Çexiya Yunanıstanla qarşılaşacaq. Qrupun digər görüşü isə turnirin ev sahiblərindən olan Polşa ilə ilk görüşündə çexləri darmadağın etmiş Rusiya arasında baş tutacaq.
Yunanıstan – Çexiya oyunu Bakı vaxtı ilə 21:00-da Polşada Vraslav şəhərinin "Meyski” stadionunda keçiriləcək, oyunu fransalı baş hakim Stefan Lannua idarə edəcək.
Polşa – Rusiya oyunu isə Bakı vaxtı ilə 23:45-də Polşada Varşavanın Milli stadionunda keçiriləcək, matçın baş hakimi Alman Folfqanq Ştark təyin olunub.