"Rəvan” PFK UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. "Aslanlar” I mərhələnin cavab matçı çərçivəsində Rusiyanın "Spartak” klubunu qəbul ediblər.Sentyabrın 30-da Moskvada baş tutan ilk görüşdə rəqibinə 0:4 hesabı ilə uduzan paytaxt klubu qonaqların müqavimətini qıra bilməyib. "Dalğa Arena”da baş tutan duel qolsuz bərabərliklə yekunlaşıb. Bununla da Azərbaycanın sözügedən yarışda ilk təmsilçisi kimi tarixə düşən "Rəvan” PFK mübarizəni dayandırıb.
UEFA Gənclər Liqası
I mərhələ, cavab oyunu
Rəvan (Bakı, Azərbaycan) – Spartak (Moskva, Rusiya) 0:0
İlk oyun – 0:4