Bazar, 05:33, 30 Avqust 2015
Aze | Eng



Website counter

“Rəvan”ın rəqibləri bəlli oldu

AVRO-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilə səbəbilə Zaqatalaya toplanışa yollanan "Rəvan” PFK-nın əsas komandasının yoxlama matçlarında qarşılaşacağı rəqiblər bəlli olub.

"Aslanlar” sabah Zaqatala Olimpiya Kompleksinin stadionunda yeni mövsümdə I divizionda mübarizə aparacaq "Zaqatala” klubu ilə üz-üzə gələcəklər. Növbəti oyun isə Qəbələdə olacaq. Paytaxt təmsilçisi sentyabrın 2-i və ya 3-də şəhərin eyni adlı təmsilçisinin əvəzedici komandası ilə qarşılaşacaq.

Emin Quliyevin baş məşqçisi olduğu kollektiv hazırlıq dönəmində son oyununu Gürcüstan təmsilçisinə qarşı keçirəcək. Belə ki, "Rəvan” sentyabrın 5-də Tiflisdə qonşu ölkənin elita təmsilçisi "Saburtalo” ilə qüvvəsini sınayacaq.




1
Qarabağ
3
7
2
Qəbələ
3
7
3
Xəzər Lənkəran
3
5
4
Zirə
3
5
5
İnter
3
4
6
Neftçi
3
4
7
Sumqayıt
3
2
8
Rəvan
3
2
9
Kəpəz
3
2
10
AZAL
3
0
Kəpəz – AZAL
12.09.2026
Qarabağ - Xəzər L.
12.09.2026
İnter - Qəbələ
13.09.2026
Sumqayıt - Zirə
13.09.2026
Rəvan – Neftçi
13.09.2026

"Xəzər Lənkəran” – Rəvan 1:1