Topaz Premyer Liqasının III turunda "Xəzər Lənkəran”ın qonağı olan "Rəvan”ın baş məşqçisi Emin Quliyev 1:1 hesabı ilə bitən oyundan sonra matçla bağlı fikirlərini bildirib: "Oyun maraqlı keçdi. Bir daha vurğulayım ki, biz 20 günə komanda formalaşdırmışıq. Çatışmayan cəhətlərimiz çoxdur. Bunların üzərində işləmək lazımdır. Hakimlərdən çox narazıyam. Məncə, penalti yox idi. Bunu aydınlaşdırarıq. Amma baxanlar penaltinin olmadığını deyir. Ümumilikdə götürsək, komandamı 1 xal münasibəti ilə təbrik edirəm. "Xəzər Lənkəran” komandasına isə uğurlar arzulayıram”.