Çərşənbə axşamı, 04:31, 18 Avqust 2015
Aze | Eng



Website counter

Emin Quliyev: “Futbolçularım yaxşı çıxış etdilər”

Topaz Premyer Liqasının II turu çərçivəsində keçirilən "Rəvan” – "Qarabağ” (1:2) matçından sonra hər iki komandanın baş məşqçiləri fikirlərini bölüşüblər.

Qurban Qurbanov ("Qarabağ”ın baş məşqçisi): "Havanın isti olmasına baxmayaraq, futbolçular sona qədər çalışdılar. Çünki qələbə qazanmaq vacib idi. Cari çempionat asan keçməyəcək. Rəqib "Rəvan” barədə xoş sözlər deməliyəm. Az vaxtda yaxşı kollektiv kimi formalaşan "Rəvan” bizə problem yaratdı. Komandanın baş məşqçisi Emin Quliyevə uğurlar arzulayıram. Düşünürəm ki, "Rəvan” çətin komandadır. Fürsətdən istifadə edib, azarkeşlərə oyuna gəldikləri üçün təşəkkür edirəm.Hazırda hücumçu və müdafiəçi axtarırıq. Son vaxtlarda transfer etmək bir qədər çətin olub. Əgər futbolçu tapa bilsək, ayın 31-dək transfer etmək niyyətindəyik”.

Emin Quliyev ("Rəvan”ın baş məşqçisi): "Rəqib hesabı açana qədər futbolçularım yaxşı çıxış etdilər, razı qaldım. Daha sonra fiziki baxımdan problem yaşadıq. Komandanı 20 günə yığmışıq. Heyətə yeni futbolçuların cəlb olunması lazımdır. MindauqasKalonasın komandada qalıb-qalmayacağı dəqiq bilinmir. Artıq çəkisi olan futbolçu oynamağa hazır deyil”.




1
Qəbələ
2
4
2
Qarabağ
2
4
3
Xəzər Lənkəran
2
4
4
Zirə
2
4
5
Kəpəz
2
2
6
Sumqayıt
2
2
7
Neftçi
1
1
8
Rəvan
2
1
9
İnter
1
0
10
AZAL
2
0
Rəvan – Qarabağ
21:00, 15.08
AZAL – Qəbələ
21:00, 15.08
Sumqayıt – X-Lənkəran
21:00, 16.08
Kəpəz – Zirə
18:30, 16.08
İnter – Neftçi
21:00, 17.08

Rəvan - Qarabağ 1:2 (TPL II tur, 15.08.15)