| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |
"Rəvan” Orxan Lalayevlə müqavilənin müddətini artırıb. Gənc müdafiəçi yeni sazişə görə 2016-cı ilin mayına qədər komandamızın şərəfini qoruyacaq. Qeyd edək ki, "16” nömrəli arxa xətt oyunçusu Güvənc Kurtarın baş məşqçi postuna təyinat almasından sonra əsas heyətin üzvlərindən birinə çevrilib.
Aqil Nəbiyevlə isə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Xroniki zədə səbəbi ilə demək olar, mövsümü bitirən təcrübəli müdafiəçi rəhbərliklə görüşdükdən sonra icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə qərar verilib. Qeyd edək ki, komandamız Nəbiyevi "Bakı”dan mövsümün sonuna qədər icarəyə götürmüşdü. Aqilə gələcək karyerasında uğurlar arzulayırıq.