| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |

"Rəvan” Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində AZAL komandasını qəbul etdi. "Bayıl Arena”da rəqibini 1 qolla üstələyən "aslanlarımız” uğursuz seriyaları qırdı.
Belə ki, komandamız düz 6 ay, başqa sözlə 180 gün davam edən qələbəsizlik seriyasını qırdı. Buna qədər sonuncu dəfə Premyer Liqanın 5-ci turunda səfərdə "Sumqayıt”ı məğlub etmişdik. Ötən il avqustun 31-də Sumqayıtda baş tutan görüş də 1:0 hesablı qələbəmizlə yekunlaşmışdı. Turlar üzrə nəzər saldıqda isə 18 matçlıq qələbəsizlik seriyasını qırdıq.
Güvənc Kurtarın rəhbərliyi altında 6-cı sınaqda ilk qələbəsinə sevinən "Rəvan”ın cari mövsüm ilk dəfə ardıcıl 2 oyunda qol buraxmadığını da bildirək. Cari mövsüm "Bayıl Arena”da ilk dəfə 3 xala sevinən "aslanlar” Premyer Liqa çərçivəsində Rəhim Həsənovun idarəçiliyi ilə keçirilən 8-ci görüşdə 2-ci qələbəsini qazandı. Həsənovun fit çaldığı əvvəlki 7 matçdan yalnız birində - 24.09.2012-ci il tarixində Qəbələdə eyniadlı komandaya qarşı baş tutan görüşdə 3 xala sevinmişdik – 3:1.
Komandamızın yeganə qolunun müəllifi olan Miloş Adamoviç isə cari mövsüm vurduğu qolların sayını 3-ə çatdırdı. Daha öncə "İnter” və "Sumqayıt”ı məyus edən serb yarımmüdafiəçi bu göstərici ilə cari mövsüm üçün komandamızın ən çox qol vuran futbolçusuna çevrildi. O, hesabında 2 qol olan və artıq komandamızdan ayrılan Sebastyan Kastro-Telyonu üstələdi.