| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |

Topaz Premyer Liqasının 16-cı turunda "Rəvan” AZAL komandasının qonağı oldu. Oyundan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə ənənəvi mətbuat konfransı keçirildi.
Şahin Diniyev, "Rəvan”ın baş məşqçisi
AZAL komandasını sona qədər mübarizə aparıb əzmkar qələbə qazandığına görə təbrik edirəm. Öz komandam barədə isə heç nə demək istəmirəm. Qələbə istəyi AZAL-da bizdən daha çox idi. Hesab 1:0 olanda 2 real qol şansımız oldu. 2:0 olsaydı, tam fərqli mənzərə olardı. 1:0 hesabı isə sürüşkən hesabdır.
Vaqif Sadıqov, AZAL-ın baş məşqçisi
Ağır oyun olacağını bilirdim. "Rəvan” bu gün ayrı bir gücə malikdir. Bu gün də bunun canlı şahidi olduq. Belə oyun çempionatın bəzəyi ola bilər. Uşaqlara sona qədər mübarizə apardıqlarına, qələbəyə sona qədər inandıqlarına görə təşəkkürümü bildirdim. Hər iki komandanın problemlərinin olduğu görünür. Onları həll etmək üçün isə zamana ehtiyac var.