Son həftələrdə Rəvan komandası heyyətinə daha bir əcnəbi futbolçunu cəlb etdi.Bu, ötən mövsüm Qəbələ komandasının heyyətində çıxış edən Argentinalı futbolçu Kristian Torresdir. Torres Rəvan komandasına keçidi ilə bağlı fikirlərini bu cür izah etdi: “ Artıq iki ildir ki, Azərbaycandayam.Rəvan komandasındakı çıxışımla kariyeramda yeni bir mərhələyə qədəm qoyacağımı düşünürəm.Buranın futbolu haqqında kifayət qədər məlumatım var.Yeni mövsümdə Rəvan komandasında məndən gözlənilən oyunu nümayiş etdirə biləcəyimi düşünürəm. Komanda premyer liqaya yeni qədəm qoyub, lakin bununla belə konkret hədəfləri var.Gənc və perspektivli futbolçu heyyətinə malikdir.Bu da gələcək uğurların xəbər verir.”