
Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunları baş tutub. Səfərdə "İnter”ə 0:3 hesabı ilə uduzan "Rəvan” növbəti mərhələyə adlaya bilməyib."İnterArena”dakı matçdan sonra təşkil olunan mətbuat konfransında baş məşqçi Bəhmən Həsənov məğlubiyyəti belə şərh edib: "Bu gün heç nə edə bilmədik. Nə planlaşdırmışdıqsa, onun əksi oldu. Penalti oyunun "sınma” nöqtəsi idi. Hücumlar qurmaq istədik, amma alınmadı.Azsaylı qol vəziyyətlərimizdənisə istifadə edə bilmədik. Sürəti ilə futbolçularımıza problem yaradan Abbas Hüseynovu oyunun qəhrəmanı hesab edirəm. "İnter” layiqli qələbə qazandı”.