"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının XXIV turu
çərçivəsində "Kəpəz"ə qarşı keçirilən oyunla bağlı fikirlərini bölüşüb. Təcrübəli
mütəxəssis 1:3 hesabı ilə məğlub olduqları matç belə dəyərləndirib: "Azərbaycan
Kubokunun 1/4 final mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirəcəyimiz cavab
matçı öncəsi bəzi futbolçularımıza istirahət vermişdim. Bəzi futbolçularımız da
özünü göstərmək üçün şans əldə etmişdilər. Ehtiyat oyunçular skamyamız elə də
geniş deyil. Oyun günü Ceyhun Abdullayevlə Kənan Müslümov xəstələndi. Orxan
Lalayev isə həraəti ola-ola oynadı. Bu gün çox səhvlərə yol verdik. Hesab daha da
böyük ola bilərdi. Buna qarşı önləm almaq məcburiyyətində qaldım. Komanda
oyunu göstərə bilmədik. Amma sizi əmin edirəm ki, kubok oyununda tam fərqli
"Rəvan" görəcəksiniz".