Topaz Premyer Liqasında XXIII turun qarşılaşmaları keçirilib. AZAL-ın qonağı olan "Rəvan"ı 0:1 hesabı ilə məğlub olub. Matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Bəhmən Həsənov bunları söyləyib: "AZAL qələbəyə layiq idi. Müdafiədən hücuma keçməkdə ciddi problemlərmiz var. Orta sahədə və cinah ötürmələrimiz alınmadı. Mərkəzdə rəqibə uduzduq. Hücumçumuz da yoxdu. Bəzi oyunçularımızın yoxluğu da məğlubiyyətdə rol oynadı. Mövqe səhvlərinə də çox yol veririk. Oyundan oyuna geriləmə var. Bu matç gələcək üçün siqnal oldu. Futbolçularla ciddi söhbətim olacaq".