Şənbə, 13:24, 09 Aprel 2016
Aze | Eng



Website counter

Bu gün Xocalı Soyqırımının il dönümüdür

Bu gün ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 24 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

"Rəvan” PFK-nın kollektivi soyqırımın qurbanlarını ehtiramla yad edir, şəhidlərimizə Allahdan rəhmət diləyirik!




1
Qarabağ
28
63
2
Zirə
28
53
3
İnter
28
45
4
Kəpəz
28
45
5
Qəbələ
28
42
6
AZAL
28
39
7
Neftçi
28
35
8
Sumqayıt
28
28
9
Xəzər Lənkəran
28
14
10
Rəvan
28
11
Qarabağ -:- Kəpəz
08.04
İnter -:- AZAL
09.04
Sumqayıt -:- Qəbələ
09.04
Rəvan -:- Zirə
10.04
Xəzər Lənkəran - Neftçi
10.04

Rəvan – İnter 2:1