Cümə axşamı, 22:26, 04 Fevral 2016
Aze | Eng



Website counter

“Uğurlu oyunlardan sonra uduzduq”

Bəhmən Həsənov ("Rəvan”ın baş məşqçisi): "Oyunun ədalətli nəticəsi 2-2 hesabı olardı. Orxan Lalayevin zədə almasından sonra problemlər meydana gəldi. Əsas oyunçularımızın bir neçəsi zədəlidir, eyni zamanda "İnter”dən icarəyə götürdüyümüz oyunçular meydançada yox idi. Şikayətlənmək barədə düşünmürəm, sadəcə, reallıq budur. Əgər əldə etdiyimiz qol şanslarından ikisini dəyərləndirə bilsəydik, hesab fərqli olacaqdı. Məğlubiyyətə görə təəssüflənirəm, uğurlu oyunlardan sonra uduzduq. Qış fasiləsinə qədər qalan 1 oyunumuzdan maksumum yararlanmağa çalışacağıq. Düşünürəm ki, oyunumuzda irəliləyiş var, futbolçularımız taktiki gedişləri yerinə yetirməyi bacarırlar. Sadəcə, "İnter” bizi oyunçu keyfiyyəti baxımından üstələdi, məğlubiyyəti təhlil edəcəyik”.

Zaur Svanadze ("İnter”in baş məşqçisi): "2 məğlubiyyətdən sonra qələbə qazandıq. Qazanılan 3 xala görə şadam. Özümüzdə güc tapıb qələbə əldə etdik. Çalışacağıq ki, qışa qədər olan son oyunda da yaxşı nəticə qazanıb, evə yaxşı əhval-ruhiyyədə gedək”.




1
Qarabağ
19
38
2
Zirə
19
32
3
İnter
19
30
4
Kəpəz
19
29
5
Qəbələ
19
28
6
Neftçi
19
27
7
AZAL
19
25
8
Sumqayıt
19
18
9
Xəzər Lənkəran
19
13
10
Rəvan
19
7
Kəpəz - AZAL
07.02
İnter - Qəbələ
07.02
Sumqayıt - Zirə
06.02
Qarabağ - Xəzər Lənkəran
06.02
Rəvan - Neftçi
05.02

Xəzər Lənkəran - Rəvan 0:0