Cümə axşamı, 19:58, 04 Fevral 2016
Aze | Eng



Website counter

"Ounu 1 xalla başa vurduğumuza da sevinməliyik"

Bəhmən Həsənov ("Rəvan”ın baş məşqçisi): "Çox pis oynadıq və bunun səbəbləri var. Mən futbolçuları qınamıram. Açığı, AZAL ilə oyunu çoxdan gözləyirdik, qələbə qazanmaq istəyirdik. Qələbə şansını dəyərləndirə bilməməyimiz zədəli futbolçuların çoxluğu ilə bağlıdır. Sıx qrafikdə oynayırıq və futbolçuları bərpa etmək çox çətindir. İlk dəqiqələrdə rəqibin yaxşı şansı vardı, oyunu 1 xalla başa vurduğumuza da sevinməliyik. Qarşıda hələ çox oyunlarımız var, sonuncu pillədən qurtulmaq üçün çalışacağıq”.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): "Son pillədə qərarlaşan komandalar mübarizə apardılar. Bizim medallara iddiamız artıq yoxdur. İndi mümkün qədər çox xal toplamalıyıq. Futbolçulardan hücum futbolu tələb etmişdim, oyunçulardan razıyam. Oyunun gedişində edilən məcburi əvəzləmələr də işimizin məzmununa böyük təsir göstərmədi. Səfərdə qazanılan 1 xal da qızıla bərabərdir. Meydançada nə baş verirsə, bu, futbolçular arasında olur. "Sumqayıt”la oyunda rəqibin baş məşqçisi mənim futbolçuma qarşı təhqiramiz söz işlətdi. Bu gün isə "Rəvan”ın məşqçisi Toğrulun futbolçum Tagimin üstünə qışqırması məni özümdən çıxardı. Çalışıram ki, belə adamlara həmişə yerini göstərim”.




1
Qarabağ
19
38
2
Zirə
19
32
3
İnter
19
30
4
Kəpəz
19
29
5
Qəbələ
19
28
6
Neftçi
19
27
7
AZAL
19
25
8
Sumqayıt
19
18
9
Xəzər Lənkəran
19
13
10
Rəvan
19
7
Kəpəz - AZAL
07.02
İnter - Qəbələ
07.02
Sumqayıt - Zirə
06.02
Qarabağ - Xəzər Lənkəran
06.02
Rəvan - Neftçi
05.02

Xəzər Lənkəran - Rəvan 0:0