Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən "Rəvan” PFK yoxlama oyununda qüvvəsini sınayacaq.
Artıq 5 gündür klubun bazasında bir araya gələrək toplanış keçən "aslanlar” "Qarabağ”la qarşılaşacaqlar. Ölkə çempionatının lideri ilə duel "İnter Arena”da reallaşacaq. Noyabrın 15-də keçiriləcək matç saat 12:00-da başlayacaq.