"Rəvan" Futbol klubu 2007-ci ildə təsis edilmişdir. Komandamız 2011-ci
ildə Azərbaycan Premyer Liqasına vəsiqə qazanmışdır.
"Rəvan" FK 2011/12 mövsümündə Premyer Liqada debüt edərək, yekunda
8-ci yeri tutub. 2012/13 mövsümündə də Premyer Liqanı 8-ci pillədə başa vuran
"aslanlar”, 2013/2014 mövsümünün yekunlarına əsasən, I diviziona düşmüşdür.
"Rəvan" FK-nın ən böyük uğuru 2010/11 mövsümündə Azərbaycan I divizionunda
gümüş medallara sahib çıxması və 2013/14 mövsümündə Azərbaycan kubokunun
yarımfinalçısı olmasıdır.