
Milli komandanın heyyətində 99 oyun keçirmiş, 34 yaşlı “Barselona”nın kapitanı, çox guman ki Avropa Çempionatında yığma komandasına kömək edə bilməyəcək. Bunun səbəbi futbolçunun “Espanyol”la qarşılaşmada sağ dizinə aldığı zədəyə görə təyin olunmuş əməliyyatdır. Əməliyyatdan sonra altı həftə bərpa kursunu keçməli olacaq Puyol, Kral Kubokunun “Barselona” – “Atletika” final matçında da iştrak edə bilməyəcək. Qeyd edək ki, “C” qrupunda İspaniya yığmasının rəqibləri İtaliya, Xorvatiya və İrlandiya komandalarıdır.