Çərşənbə axşamı, 19:51, 21 May 2013
Aze | Eng
Cari mövsüm komandamızın ən yaxşı futbolçusu kimdi?

Şəhriyar Rəhimov
 
7.7%
Miloş Adamoviç
 
1.54%
Tofiq Mikayılov
 
5.38%
Mindauqas Kalonas
 
20%
Xuan Manuel Varea
 
65.38%



Oyunçu KlubuQ
Nikolas Kanales
Neftçi
26
Franko Nildo
AZAL21
Xuan Manuel Varea
Rəvan
14
Riçard Almeyda Qarabağ13
Salif BalloTuran12
Pərdis Fərcad AzadSumqayıt9
Yuri Fomenkoİnter8
Baçana Tsxadadze
İnter8
Julius Vobay
Neftçi8
Viktor İbekoyi
AZAL8
Mindauqas Kalonas
Rəvan8
 



Website counter

Ramazan Abbasov: “Sevincimdən mən də “samba” oynadım”

“Rəvan” Futbol klubunun yarımmüdafiəçisi Ramazan Abbasovun apasport.az saytına müsahibəsini nəzərinizə çatdırırıq.

- “Qarabağ”a məğlubiyyətdən sonra hesabat turunda AZAL-ı üstələdiniz. Qeyri-sabit çıxışınızın səbəbi nədir?

- Məncə, biz heç də qeyri-sabit oynamırıq. Nəzərə almaq lazımdır ki, “Qarabağ”a səfərdə məğlub olmuşuq. Bu, normal haldır. Həmin məğlubiyyətdən sonra komanda AZAL-la oyunda 3 xalı aktivinə yazmağa çalışırdı. İndi elə vaxtdır ki, xal itkisi bizə sərf etmir. Bilirdik ki, oyun çətin olacaq. Buna baxmayaraq, qələbə qazandıq.

- AZAL ötən tur böyük hesablı qələbə qazanmışdı. Necə fikirləşirsiniz, rəqibə qarşı açıq futbol oynamaq hansı problemləri meydana çıxara bilərdi?

- Bilirdik ki, AZAL kollektiv olaraq, yaxşı təşkilatlanıb. Düzü, onlar “Simurq”u məğlubiyyətə uğratmazdan öncə “Neftçi”yə böyük fərqlə yenilmişdilər. Amma toparlana bildilər. Bu da istənilən komanda üçün müsbət məqamdır. Bütün bunları nəzərə almışdıq. Heç nədən çəkinməyərək, öz oyunumuzu sərgilədik.

- Komandanızın vurduğu 3 qolun hər birində əməyiniz oldu. Bütün qolların ötürməsini siz verdiniz. Bu barədə nə deyə bilərsiniz?

- Gəlin, məsələyə başqa tərəfdən yanaşaq. Verdiyim ötürmələr qolla nəticələnməsəydi, nəticə necə olardı? Çətin ki, biz qələbə qazanardıq. Yəni komandada vəhdət olmalıdır. Şəxsi göstəriciləri bir tərəfə qoymaq lazımdır. Əsas olan komandanın uğur qazanması idi ki, buna da nail olduq. Əlbəttə, hamı çalışır ki, qolda əməyi olsun. Allaha şükür ki, bu gün oyunum alındı. Qollarda mənim də əməyim oldu. Az da olsa, sevinirəm. Çalışacağam ki, gələcək oyunlarda özüm də fərqlənim.

- “Rəvan” ardıcıl qələbələr qazanıb. Amma digər rəqibləriniz də qələbə sayəsində aradakı fərqi saxlayırlar. Xal qazansanız da, komandanızın yerində qalması sizə nə dərəcədə təsir edir?

- Həqiqətən də, yaxşı məsələyə toxundunuz. Bunun müəyyən mənada təsiri var. Biz daha öncə vacib olan xalları itirdik. Bunu nəzərə almaq lazımdır. Və qarşıdakı dörd oyunda elə etmək lazımdır ki, heç bir görüşdə uduzmayaq. Çünki biz “altılığ”a düşməyi və Avropaya getməyi çox istəyirik.

- Qışdan sonra sizi yenidən bu heyətdə görə biləcəyikmi? Bildiyimizə görə, artıq bir neçə komanda sizin xidmətinizdə maraqlıdır...

- Vallah, söz-söhbətlər ola bilər. Amma indiki vəziyyətdə mən həqiqətən də o haqda fikirləşmək istəmirəm. Oyunumda inkişafı özüm də hiss edirəm. Amma bununla kifayətlənmək fikrim yoxdur. Çünki bundan daha yaxşı formada olmağı qarşıma məqsəd qoymuşam. Klubumu dəyişmək barədə konkret danışa bilməsəm də, deməliyəm ki, milli komandaya çağırılmaq ürəyimdən keçir.

- İndi milliyə düşə bilməsəniz də, vaxtilə Azərbaycanın ən perspektivli oyunçularından sayılırdınız. Lazımı məqamda inkişafdan kəsilməyinizə nə səbəb oldu?

- Düzü, sizə etirazım yoxdur. O vaxt yaxşı formada idim. Amma zədədən sonra bərpa olunmaq, eləcə də əvvəlki formaya düşmək bəzən alınmır. Özümə gəlməkdə çox çətinlik çəkdim. 2 il ehtiyatda oturduğuma görə, ideal formadan çox uzaq düşmüşdüm.

- Həm Bəhmən Həsənovun, həm də Vladislav Qədirovun dönəmində oynamısınız. Baş məşqçilər arasında fərqi necə xarakterizə edərdiniz?

- Məşqçilər bir-birindən fərqlənir. Hərənin öz fəlsəfəsi var. Odur ki, onları fərqləndirmək çətindir. Sadəcə, deyə bilərəm ki, futbola baxış tərzləri başqadır. Hazırkı baş məşqçimiz Vladislav Qədirov bir növ komandanın nəbzini tutub. Komanda onun rəhbərliyi altında normal çıxış edir. Yaxşı oynadığımızı o zaman deyə bilərik ki, biz “altılığ”a düşüb, oradan da avrokuboklara gedək.

- Yenə oyuna qayıdaq. Qol sevincini braziliyalılar kimi qeyd etdiniz. “Samba” oynamaq bacarığınız da var?

- (gülür) Necə deyim, məşqdə arada olur. Bəzən sevincin həddi-hüdudu olmur. Sevincimdən onlara qoşulub, bir az “samba” oynamağa çalışdım. Yəni, bəzən elə olur ki, nə etdiyini unudursan. Əlbəttə ki, bizim əsas işimiz meydançada futbol oynamaqdır.





1
Neftçi
32
62
2
Qarabağ
32
59
3
İnter
32
57
4
Simurq
32
48
5
Bakı
32
41
6
Qəbələ
32
38
7
AZAL
32
57
8
Rəvan
32
40
9
Xəzər Lənkəran
32
40
10
Sumqayıt
32
35
11
Turan
32
30
12
Kəpəz
32
19
2013/14 mövsümü
Ramil Əliyev: “Rəsmi oyunlarda artımı özünüz də hiss edəcəksiz”
davamı
Adamoviç: “Hər şeyin mənim üçün uğurlu olacağını hiss edirəm”
davamı
Svitski: “Yeni mövsüm tam fərqli “Rəvan” görəcəksiz”
davamı
Sapela vətənində danışdı
davamı
“İlk dəqiqədən qələbəyə inanırdım”
davamı
"Samuel Barlayın müsahibəsi"
davamı






~120x240 Beyaz Sud